AZ

Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq

Aprelin 19-da Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək.
Ednews xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Çexiya, Danimarka və Niderlandın Baş nazirləri ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
“İlk növbədə, Prezident Zelenski Ukrayna-NATO Şurası iclasının keçirilməsini istəyib. Biz aprelin 19-da iclas çağıracağıq. Bu, Prezident Zelenski ilə, daha sonra müdafiə nazirləri ilə görüş olacaq. Ukraynaya daha çox dəstəyə təcili ehtiyac var”, - Stoltenberq qeyd edib.
NATO-nun Baş katib bildirib ki, iclasda Ukraynaya hava hücumundan müdafiə və artilleriya mərmilərinin yardımı məsələsi müzakirə ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
9
Mənbələr
Şərh ()
Bağla