AZ

“Mənə elə gəlir, bu klub hansısa bir yolla Premyer Liqada qalacaq"

"Daha motivasiyalı və risk edən klublar mükafatçılar sırasına düşəcəklər".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında veteran futbolçu Tərlan Əhmədov deyib.

Azərbaycan Premyer Liqasındakı son vəziyyət barədə danışan 52 yaşlı mütəxəssis ölkədə “Qarabağ”a layiq rəqib olmadığını bildirib:

“Ağdam klubunun çempionluğu vaxtından tez rəsmiləşdirəcəyini hələ noyabrda demişdim. Mövsümün əvvəlində bir az büdrəmə oldu. Lakin bu da avrokubok oyunlarına görə idi”.

Əhmədov mövsümün sonunda Premyer Liqada mükafatçılar sırasına düşə biləcək komandalarla bağlı danışıb:

“Əvvəl “Neftçi”nin asanlıqla ikinci pillədə möhkəmlənəcəyini düşünürdüm. Son matçlar göstərdi ki, buna tam hazır deyillər.

Komanda yeni baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi altında da qeyri-sabit oyun nümayiş etdirir. Eyni sözləri “Zirə” və “Sabah” barədə də demək olar.

Xüsusilə “Sabah”da ardıcıl məğlubiyyətlərdən sonra yeni baş məşqçi təyinatı reallaşdı. Lakin görünən budur ki, Krunoslav Renduliçin gəlişi də ciddi dəyişiklik gətirməyib.

Baxmayaraq ki, son qarşılaşmada “Qarabağ”ı məğlub etdilər. Fikrimcə, “Turan Tovuz” digər klublara nisbətən daha yaxşı vəziyyətdədir. Bu cür davam etsələr, avrokuboklara vəsiqə qazana bilərlər”.

Veteran müdafiəçi “Qəbələ”nin mövsümü sonuncu sırada bitirəcəyini, lakin I Liqaya düşəcəyinə inanmadığını söyləyib:

“Mənə elə gəlir, hansısa bir yolla Premyer Liqada qalacaqlar. Ola bilsin, yarışın reqlamenti dəyişdi. Bəlkə də bu səbəbdən oyunlara arxayın çıxırlar”.

T.Əhmədov “Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunan Elmar Baxşıyevlə bağlı fikirlərini bölüşüb:

“Elmara uğurlar arzu edirəm. Komandası 8-ci pillədə yer alsa da, hər an mövqeyini itirə bilər.

Son oyunda "Neftçi"yə böyük hesabla məğlub olublar. Onun üzərinə böyük məsuliyyət düşür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
17733
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11804
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5356
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5268
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
3731
Rəisi öldü, Pakistanda matəm elan edildi
3719
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3260
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3222
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3017
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2768
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2669
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2547
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2377
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2263
Hidayət Heydərov dünya çempionu oldu
2025
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1909