AZ

Ev "Wi-Fi" cihazı sağlamlığa necə zərər vurur?

Artıq bütün evlərdə olan routerlərin gecə-gündüz şüalanma yaymasının insan səhhətinə zərərli olması barədə fikirlər çoxdan səslənir.

Redaktor.az "medicina"ya istinadən xəbər verir ki, həkim, analitik Vladimir Ulyanov Wi-Fi insan üçün təhlükəsinə aydınlıq gətirib.

“Ümumilikdə götürdükdə routerlərin zərərli olması barədə dəqiq elmi məlumat yoxdur. Əksinə mövcud elmi araşdırmalara əsasən demək olar ki, onlar kifayət qədər təhlükəsiz cihazlardır.

Wi-Fi –dan gələn elektromaqnit şüalanmanın səviyyəsi digər məişət cihazlarında olduğu kimidir.

Sadəcə olaraq, cihazları yataq otağında quraşdırmayın. Çünki insan yatanda müasir routerlərdən gələn ən kiçik şüalanma belə insana müəyyən təsir edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
Mənbələr
Şərh ()
Bağla