AZ

AFFA-dan qərar - Braziliyalı legioner bağışlandı

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, qurum I Liqada çıxış edən "İmişli"nin şikayətinə baxıb.

Aşağı liqanın 20-ci turu çərçivəsində “Mingəçevir”lə səfər görüşünün (0:1) 80-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Gilyerme Silvanın 2 oyunluq cəzası və klubun 150 manat cərimə edilməsi müzakirə olunub.

Futbolçu barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni, 1 matçlıq diskvalifikasiya şərti tətbiq ediləcək.

Ona 3 ay sınaq müddəti verilib. Bölgə klubuna verilən cərimə isə qüvvədə qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
Mənbələr
Şərh ()
Bağla