AZ

Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik

Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik.

Aznews.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə birgə brifinqdə söyləyib.

“Bütün tərəflərin konstruktiv mövqe nümayiş etdirməsini faydalı sayırıq. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin qurulması üçün var gücümüzlə çalışacağıq <…> Bölgə ölkələri kimi, üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik. Yeganə zərərçəkmiş Qəzza xalqıdır. Yekun məqsədimiz ədalətli və daimi sülhün təmin edilməsidir”, – XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, Ankara ilə Doha arasında “xüsusilə Fələstin məsələsində mövcud böhranla bağlı böyük koordinasiya var”:

“Xüsusilə də hörmətli həmkarımla daimi ünsiyyətdəyik. Türkiyə və Qətər HƏMAS ilə sağlam əlaqələri olan ölkələrdir. Biz bütün gücümüzlə atəşkəs üçün çalışırıq. Qətər atəşkəs prosesində mühüm rol oynayır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
4
Mənbələr
Şərh ()
Bağla