AZ

Kubokun ilk finalçısı bəlli oldu

Basketbol üzrə Azərbaycan kubokunda ilk finalçı bəlli olub.



Komanda.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən matçda “NTD-İndiqo” və “Xəzri” kollektivləri qarşılaşıb.



Rəqibinə 78:73 (31:14, 15:24, 13:17, 19:18) hesabı ilə qalib gələn “Xəzri” ölkə kubokunun həlledici oyununa vəsiqə qazanıb.



Yarımfinalın digər görüşündə “Neftçi” və “Sərhədçi” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 19:30-da start götürəcək.



Azərbaycan kubokunun final görüşü aprelin 20-də, saat 15:00-da reallaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbasketbol

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
10
komanda.az

10Mənbələr