AZ

"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama

“Ölmüşdüm. Bu mənim hekayəmin xülasəsi deyil, gerçək baş verənlərdir".

Publika.az xəbər verir ki, bu sözləri xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan buraxıldıqdan sonra ilk paylaşımında yazıb.

“Aprelin 6-na keçən gecə və doğum günü olan 7 aprel günü boyu baş verənlər…Mən yenidən doğuldum. Ölümü necə təsdiqləmək olur? Bütün daxili orqanlar eyni vaxtda fəaliyyətini dayandırdıqda tənəffüs dayanır və ürək dayanır. Bir neçə dəqiqəlik koma və ya klinik ölüm insanı “tərəvəz”ə çevirir. Həkimlər məni o biri dünyadan qaytardılar. Allah mənə rəhm elədi. Geri qaytardı.

Bu bir neçə gündə yaxınlarıma və ailəmə yaşadığım ağrıları təsəvvür etmək dəhşətlidir.

Hər kəsə təşəkkür etmək istəyirəm!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
5
Mənbələr
Şərh ()
Bağla