AZ

Cem Yılmaz Serenayla bağlı çıxan xəbərlərə CAVAB VERDİ - FOTO

Tarix: 17 Aprel 2024 20:55

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz Serenay Sarıkayanın geyiminə aid olduğu düşünülən paylaşımı ilə bağlı açıqlama verib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, "CMXXIV" verilişində çıxış edən Yılmaz həmin fotonu niyə paylaşdığını açıqlayıb.
Göz müayinəsinə getdiyini deyən komediya aktyoru sağ gözündə görmə qabiliyyətinin 50 faizini itirdiyini bildirib.
Gözünün lazerlə müalicə olunduğunu deyən Yılmaz, gözünün 6 aydan 1 ilə qədər sağalacağını açıqlayıb.
Xatırladaq ki, Cem Yılmazın sosial media hesabında aktyor Marty Feldmanın fotosunu paylaşması keçmiş sevgilisi, məşhur aktrisa Serenay Sarıkaya ilə əlaqələndirilirdi.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
3
Mənbələr
Şərh ()
Bağla