AZ

Hicablı MƏŞHURLARIMIZ

Hicablı MƏŞHURLARIMIZ

Şou adamlarını açıq-saçıq geyimdə görməyə alışmışıq. Səhnə bunu tələb edir. Lakin İslam qaydaları ilə hicab bağlayıb, efirlərə çıxan, məşhurluğunu qoruyan tanınmışlarımız da var.

Lent.az hicab libası geyinən məşhurlar barədə məlumat verir.

Müğənni Xuraman Şuşalı ekranlara açıq-saçıq libasda çıxsa da, çox keçmədən hicab bağlayıb və bir daha baş örtüyünü açmayıb. O, müğənniliyi bu şəkildə davam etdirməyi bacarır.
HicablıModelyer Leyla Əhmədova hicabı bir qədər modern üslubda geyinsə də, şəriət qaydalarına zidd deyil.
HicablıƏməkdar artist Fərqanə Qasımova da uzun illərdir efirə və məclislərə hicab bağlayaraq çıxır.
HicablıƏməkdar artist, aktrisa Mehriban Xanlarova Həcc ziyarətindən qayıtdıqdan sonra bir müddət hicab bağlayıb. Amma sonradan hicabdan imtina edib.
HicablıHicablı məşhurlar sırasında 2000-ci illərin məşhur modellərindən biri olan Səbinə Allahverdiyevadır.

Türkiyənin sənət aləmində də hicablı məşhurlar var. Çox zaman belə geyinmək onların peşələrinə əngəl törədib.
HicablıAparıcı və aktrisa Büsra Ayaydın qapalı libasa keçdikdən sonra efirdə ona ehtiyac qalmadı.
HicablıTeleaparıcı İkbal Gürpinar da hicab bağladıqdan sonra lazımsız hesab edildi və bir daha öz sənətinə qayıda bilmədi.
HicablıAktrisa və model Gamze Özçelik hicabdan sonra sənətini tərk etməli olub.
HicablıAktrisa Necla Nazır yalnız hicablı qadın rolları oynadığı üçün efirlərdə az görünür.
Hicablı

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla