AZ

Makron Olimpiya ərəfəsində Paris ətrafında yaşayanları evlərindən küçələrə tökür

Fransa polisi çərşənbə günü, Yay Olimpiya Oyunlarına 100 gün qalmış Parisin ətrafındakı məhəllələrdən birində çoxlu sayda miqrant ailəsini təxliyə edib.BFMTV telekanalı xəbər verir ki, ilk təxliyə Fransadakı ən böyük miqrant məhəlləsində, təxminən 450 ailənin sığınacağı olan Vitri-sür-Seyn ətrafındakı istifadə edilməmiş bir fabrikin ərazisində baş verib. Bəzi sakinlər qovulma şayiələrini eşidərək, artıq həmin məhəlləni tərk ediblər.BFMTV, həmçinin bildirib ki, yerli hakimiyyət orqanları Parisdə 250-yə yaxın təhlükəsizlik agenti yerləşdirib. Fransa hökuməti və yerli hakimiyyət orqanları Paris Olimpiadasının yaxınlaşması ilə əlaqədar heç bir çıxış yolu təklif etmədən evsiz insanların köçürülməsi planına görə sərt tənqidlərlə üzləşib.“Le Revers de Medaille” dərnəyinin və “Medecins du Monde” humanitar qrupunun üzvü olan Pol Alozi 2023-cü ilin oktyabrında İle-de-Frans küçələrinin (Paris də daxil olmaqla mərkəzi bölgə) sosial təmizlənməsi prosesinin artıq başlandığını bildirib.ZÜMRÜD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla