AZ

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə tədbir keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanındaMonitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsindəBakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdətədbir keçirilmişdir. Tədbirdə Mərkəzin direktoru professor SevincƏliyeva, mütəxəssislər Gülnar İsmayılova və Günel Cəbrayılova,həmçinin 36 nömrəli tam orta məktəbin müəllim-şagird heyəti iştirakedib.

Görüşdə Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdəana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgünyazı vərdişlərinin inkişafı istiqamətində fikir mübadiləsiaparılıb.

Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktivtəlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrləmükafatlandırılmışdır. Məktəbin 6-cı sinif şagirdlərinin ifalarında“Şirin dil” mahnısı böyük maraqla qarşılanmış, tədbir iştirakçılarıtərəfindən təqdir olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
2
Mənbələr
Şərh ()
Bağla