AZ

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək

2024-2025-ci tədris ilində Təhsil İnstitutunun (ARTİ) hazırladığı V sinif Azərbaycan dili (dövlət dili) və riyaziyyat, VI sinif coğrafiya, VII sinif fizika, kimya və biologiya dərslikləri kütləvi istifadəyə veriləcək. V sinif dərslikləri iki il, VI və VII sinif dərslikləri isə bir il sınaq prosesindən keçib. 

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə açıqlamasında ARTİ Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev məlumat verib.

 

Onun sözlərinə görə, hazırda VI sinif Azərbaycan dili (tədris dili), riyaziyyat, coğrafiya, VII sinif fizika, kimya, biologiya və coğrafiya dərslikləri sınaq prosesindədir.

 

“Növbəti il VI siniflər üçün Azərbaycan dili (tədris dili) və  riyaziyyat, VII sinif coğrafiya, VIII siniflər üçün fizika, kimya və biologiya dərslikləri sınaq prosesinə veriləcək” - deyə Zaur İsayev bildirib.

 

Mərkəz direktoru yeni hazırlanan dərsliklərin üstünlüklərindən danışaraq  deyib ki, yeni dərsliklərdə müasir yanaşmalardan və yeni pedaqoji texnologiyalardan geniş istifadə edilir:

 

“Məsələn, VI və VII siniflər üçün yeni hazırlanmış coğrafiya dərslikləri indiyə kimi coğrafiyanın ənənəvi təhsil üsullarında bir qədər fərqli, ən qabaqcıl təhsil institutlarının tətbiq etdikləri coğrafiyanın müasir öyrətmə üsullarından istifadə edilməklə hazırlanıb. Ənənəvi dərsliklərə alışan müəllimlərin yeni dərsliklərdən səmərəli istifadə etmələri üçün onlardan müəyyən səylər tələb olunur. Təbii ki, zamanla bu problemlər də həllini tapacaq”.

 

Direktorun fikrincə, problemin daha sürətlə aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi təlimlər təşkil edir, müəlliflərə yeni yanaşma ilə bağlı mütəmadi məlumatlar verilir:

 

“Digər fənlərlə bağlı da analoji problemlərlə rastlaşırıq. Sınaq prosesi bütün bu problemləri aşkar etməyə və bunların səbəblərini müəyyən etməyə imkan verir”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
21327
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12126
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6306
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5427
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5359
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3832
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3425
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3282
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3121
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2870
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2863
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2683
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2395
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2367
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2035
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1984