AZ

Bu, uğurlu xarici siyasətin nəticəsidir- Politoloq

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər. Bu Azərbaycanın daha bir mükəmməl qələbəsidir. Dövlətimizin başçısı, prezident İlham Əliyevin ağıllı, peşəkar və düşünülmüş siyasətinin növbəti təzahürüdür.Mövzu ilə bağlı politoloq, Sosial Tədqiqatlar Mərkəzinin Sektor müdiri Tural İsmayılov Missiya.Az-a açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərini tərk edəcəkdi:“Üçtərəfli 10 noyabr bəyanatında rus sülhməramlılarının Azərbaycan ərazilərində müvəqqəti yerləşməsi barədə bir müddəa yer alırdı. Eyni zamanda Cənab Prezident İlham Əliyev həmişə söyləyib: “Mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm”. Elə bu da prezidentin həyata keçirdiyi düşünülmüş addımdır. Rasional siyasət nəticəsində addım-addım hadisələrə şahidlik etdik. Həm 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız qələbə torpaqlarımızın işğaldan azad edilməsi, həm də 2023-cü ildə Xankəndidə keçirdiyimiz antiterror əməliyyatları ilə separatçılığın kökünün tamamilə kəsilməsi , onun arxasınca isə rus sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etməsi düşünülmüş siyasi liderliyin və İlham Əliyev siyasi zəkasının növbəti göstəricilərindəndir. Bütün gedişatlar da sübut edir ki, uğurlu siyasət nəticəsində bu gün mərhələli və pilləli şəkildə hadisələr ard-arda davam edir”.Politoloq əlavə edib ki, Azərbaycan və Rusiya arasında kifayət qədər yüksək münasibətlər formalaşıb. Məhz Bakı-Moskva əlaqələrinin belə pozitiv məcrası fonunda Azərbaycan və Rusiya ali rəhbərliyinin qərarı əsasında sülhməramlılar ərazilərimizi tərk ediblər:“Təəssüflər olsun ki, onların bir gün torpaqlarımızdan vaxtında və ya zamanından əvvəl gedəcəkləri məlum ikən həmin məsələ ətrafında süni gündəm , manipulyasiya yaradan xaricdəki və daxildəki bəzi radikal qüvvələr daim bu mövzunu çeynəyirdilər. Hesab edirəm ki, sözügedən hadisədən sonra təkcə xarici və daxildəki bəzi radikal, anti-Azərbaycan qüvvələrə deyil, həm də onların havadarlarına da şillə olmuş bir vəziyyət yaratdı. Ölkəmizin istənilən halda bütün addımları dünyada bu qədər xaos və qarışıqlıq olduğuna baxmayaraq, Azərbaycanın nə qədər önəmli bir dövlət statusunda olduğunu bir daha göstərmiş olur”.Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
19398
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11956
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5387
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5304
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
4936
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3770
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3342
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3240
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3058
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2808
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2682
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2672
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2378
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2280
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2029
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1939