AZ

Naməlum xəstəlik yayıldı: Ölənlər arasında uşaqlar var

Nigeriyanın Kano əyalətində 45 nəfər diaqnozu bilinməyən xəstəlikdən vəfat edib.

Yenisabah.az xəbər verir ki, səlahiyyətli şəxslər xəstəliyin səbəbini araşdırmaq üçün su və qan nümunələrinin toplayıb.

Əyalətin Gündütse kəndində bir çox insanlar qusma və ishal əlamətləri yaşayıb. Kənddə gigiyena şəraiti pisdir və ölü sayının artacağı narahatlığı var.

Qonşu Sokoto vilayətində də səbəbi bilinməyən xəstəlikdən 3 uşaq ölüb, 127 uşağın xəstəxanaya yerləşdirilib.

Şeyla Səmiyeva


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla