AZ

İlham Əliyev qambiyalı həmkarını COP29-a dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov X hesabında yazıb.

N.Səmədov Qambiyanın Mərakeşdəki səfiri Saffi Lou Sisey (Saffie Lowe Ceesay) ilə görüşüb və dəvət məktubunun surətini ona çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
27
Mənbələr
Şərh ()
Bağla