AZ

Yeni Kaledoniya nümayəndə heyəti Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Bakıdakı ofisində olub (FOTO)

Bakı. Trend:

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Qoşulmama HərəkatıGənclər Təşkilatının Bakıdakı ofisi ilə tanış olub.

Trend-in məlumatına görə,əvvəlcə qonaqlara təşkilatın əsas fəaliyyət istiqamətləri, həyatakeçirdiyi layihələr, o cümlədən qarşıya qoyulan məqsədlərlə bağlıətraflı məlumat verilib.

Bildirilib ki, 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilənQoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarınınsayca XVIII sammiti 24-25 oktyabr 2019-cu il tarixlərində hərəkatınilk Gənclər sammitinin Qoşulmama Hərəkatının Bakı Sammitindənayrıca bir tədbir kimi keçirilməsi təşəbbüsünü dəstəkləyib.

Eyni zamanda həmin mərasimdə hərəkatın Gənclər Şəbəkəsininyaradılması təklifi müsbət qarşılanıb.

Bu təşkilat Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq 25 –29 iyul tarixlərində keçirilən Gənclər Sammiti çərçivəsində,Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunanQoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin əsasında yaradılıb.

Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıdayerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi,loqosu və bayrağı təsdiq edilib.

Yeni
Yeni
Yeni
Yeni
Seçilən
26
5
Mənbələr
Şərh ()
Bağla