AZ

Rusiya Çerniqova raket hücumu etdi: Xeyli sayda ölən və yaralanan var

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Çerniqov şəhərinə raket hücumu nəticəsində 10 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Zelenski sosial media hesabında verdiyi açıqlamada bildirib.

Hücumun baş verdiyi ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Zelenski "İnsanların dağıntılar altında qalıb. İndiyədək 20 nəfər yaralanıb, 10 nəfər ölüb. Ailələrinə və yaxınlarına başsağlığı verirəm" - deyə prezident deyib.

Ölənlərin sayının arta biləcəyinə işarə edən Zelenski bu sözləri deyib:

"Ukraynanın kifayət qədər hava hücumundan müdafiə sistemləri var. Əgər dünyanın Rusiya terrorizminə qarşı mübarizə əzmi yetərli olsaydı, bu baş verməzdi. Terrorçular yalnız terroru dayandıra və həyatı qoruya bilənləri qorxuda bilsələr, insanların həyatını məhv edə bilərlər. Qətiyyət vacibdir. Ukraynanın qətiyyəti kifayətdir, bizim tərəfdaşlarımızdan kifayət qədər əzm və dəstək lazımdır".

Çerniqov Bələdiyyə Başçısı Oleksandr Lomako da mətbuata verdiyi açıqlamada Rusiyanın səhər saat 09:00 radələrində əhalinin sıx məskunlaşdığı Çerniqov rayonuna raket hücumu təşkil etdiyini bildirib. Lomako hücumda 8 mərtəbəli sosial obyektin hədəf alındığını, binaya və ətrafdakı avtomobillərə ziyan dəydiyini bildirib.
 
7News.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
19695
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11978
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5394
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5312
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5188
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3786
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3350
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3245
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3066
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2812
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2702
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2672
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2383
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2284
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2030
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1941