AZ

Dmitri Peskov Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanıldığını bildirdi

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundan çıxarılmasına başlanıldığını bildirib.
Dmitri Peskov jurnalistlərin gündəmdəki aktual mövzularla bağlı suallarını cavablandırıb.
Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya hərbi birləşmələrinin geri çəkilməyə başlaması xəbərinin doğru olub-olmadığı ilə bağlı sualı cavablandıran Dmitri Peskov deyib: “Bəli, həqiqətən belədir”.
Qeyd edək ki, Rusiya sülhməramlıları Azərbaycan, Ermənistan və Rusiya liderləri - İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında Qarabağda yerləşdiriliblər. Sənədə əsasən, onlar 2025-ci ilə qədər bölgədə qala bilərlər.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
24
Mənbələr
Şərh ()
Bağla