AZ

Qəzzada ölənlərin sayı 33899 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb.

BiG.AZ xəbər verir ki, ölənlərin sayı 33899 nəfərə çatıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 56 fələstinlinin öldürüldüyü, 89 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edək ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumlarında ölənlərin sayı 33899 nəfərə, yaralıların sayı isə 76664 nəfərə çatıb.


BiG.Az
Seçilən
53
32
Mənbələr
Şərh ()
Bağla