AZ

Avropa çempionatı: Millimiz Belqrada 18 boksçu ilə yollandı

Sabah – aprelin 18-də Serbiyanın paytaxtı Belqradda kişi və qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

Arena.az xəbər verir ki, 11 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.

Ölkəmizi bu yarışda bütövlükdə 18 boksçu təmsil edəcək. Heyətdə 13 kişi, 5 qadın boksçu yer alıb.

Yığmamız kişi boksçuların mübarizəsində tam heyətlə gücünü yoxlayacaq. Məşqçilər korpusu çempionatda bu boksçulara şans verəcək:

Həsən Məlikov (48 kq)
Məsud Yusifzadə (51 kq)
Amin Məmmədzadə (54 kq)
Şamil Əsgərov (57 kq)
Tayfur Əliyev (60 kq)
Malik Həsənov (63,5 kq)
Nəbi İsgəndərov (67 kq)
Sərxan Əliyev (71 kq)
Kamran Şahsuvarlı (75 kq)
Murad Allahverdiyev (80 kq)
Eldar Quliyev (86 kq)
Alfonso Dominqes (92 kq)
Məhəmməd Abdullayev (+92 kq).

Qadın boksçuların yarışında isə rinqə bu boksçular çıxacaqlar:

Anaxanım İsmayılova (48 kq)
Marjona Savriyeva (50 kq)
Zeynəb Rəhimova (54 kq)
Məhsəti Həmzəyeva (57 kq)
Şəhla Allahverdiyeva (66 kq).

Qeyd edək ki, Avropa çempionatında 25 çəki dərəcəsində (13 kişi, 12 qadın) 35 ölkədən 400 boksçunun iştirakı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
16
Mənbələr
Şərh ()
Bağla