AZ

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər –RƏY

Bakı, 17 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarını iki mərhələdə, buraxılış və qruplar üzrə blok imtahanları olaraq həyata keçirir. Bu il buraxılış imtahanları martın 3-də və 10-da keçirildi. Bununla yanaşı, aprelin 14-də əvvəlki ilin məzunları olan abituriyentlər də buraxılış imtahanında iştirak etdilər. Ümumilikdə buraxılış imtahanlarında 104 min 416 nəfər builki məzun iştirak edib. Bunlardan da 27 abituriyentin nəticəsi imtahan qaydalarını pozduğu üçün ləğv olunaraq etibarsız hesab edilib. Aprelin 14-də imtahan vermək üçün isə ümumilikdə 34 min 445 nəfər qeydiyyatdan keçmişdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev söyləyib. O bildirib ki, təqribən 138 min 800 abituriyent buraxılış imtahanlarında iştirak edərək imtahanın ikinci mərhələsinin nəticəsinə görə müsabiqədə mübarizə aparacaq: “Artıq Dövlət İmtahan Mərkəzi cari ilin məzunları üçün keçirilən buraxılış imtahanının nəticələrini ictimaiyyətə elan etdi. Nəticələr əsasında tarixdə ilk dəfə olaraq 53 abituriyent imtahanın birinci mərhələsində ümumi balın tamamını, yəni 300 balı toplayaraq müvəffəqiyyət əldə etdi. Əvvəlki illərlə müqayisədə abituriyentlərin nəticəsinin yüksək olmasının səbəbi olaraq buraxılış imtahanı suallarının səviyyəsinin çətin olmadığı ictimaiyyət tərəfindən ifadə edildi. Sualların səviyyəsinin abituriyentlər üçün rahat olması yüksək bal toplayanların da sayının artmasına gətirib çıxardı. Əlbəttə, abituriyentləri qarşıda imtahanın ikinci mərhələsi gözləyir. İkinci mərhələnin, yəni blok imtahanlarının hansı ağırlıqda olacağı hələ ki məlum deyil. Əgər blok imtahanı sualları keçənilki ağırlıqda olarsa, bu, əlbəttə ki, balların artacağından xəbər verir. Hər halda V qrup və kolleclərin ixtisaslarında keçənilki keçid ballarından fərqli ballar ilə qarşılaşacağıq. Çünki kolleclərə qəbul ancaq buraxılış imtahanının nəticəsi əsasında aparılır. V qrup ixtisaslarında isə buraxılış imtahanı ilə yanaşı, qabiliyyət imtahanları da xüsusi rol oynayır. Bu nüansları nəzərə aldıqda V qrup və kolleclərdə balların əvvəlki ilə nisbətdə artacağı ehtimal olunur”.

Ramin Nurəliyev bildirib ki, I-IV ixtisas qruplarında keçid ballarının ötən illə müqayisədə qalxması şübhə doğurmur. Buraxılış imtahanında yüksək bal toplayanların sayı əvvəlki illərə görə kəskin fərqlənir: “Bütün bunları nəzərə alaraq ixtisas seçimində abituriyentlərin diqqətli olması mütləqdir. Keçənilki ballar əsasında ixtisas seçimi edən abituriyentlər uğursuzluğa düçar ola bilərlər. Buna görə də istər abituriyentlər, istərsə də valideynlər Dövlət İmtahan Mərkəzinin hazırlayacağı statistik məlumatlara diqqət yetirməlidir. Abituriyentlərə ixtisas seçimi etməzdən öncə dövlət tərəfindən təqdim olunan plan yerlərinin qruplar üzrə ümumi sayını, dövlət sifarişli ixtisaslar üzrə plan yerlərini, universitetlər və ixtisaslar üzrə plan yerlərini, DİM tərəfindən təqdim olunan bal aralıqlarını, son 3 ilin keçid balları və analizlərini, müsabiqə şərtlərini ödəyən abituriyentlərin qruplar üzrə sayını, əvvəlki illərdə abituriyentlərin hansı universitetlərə və ixtisaslara üstünlük verdiyini, topladığı bala yaxın bal toplayan abituriyentlərin sayı və əvvəlki illərlə müqayisəsini analiz etmələri tövsiyə olunur.

Daha dəqiq analizlər ümumi imtahanların yekununda statistik məlumatlar əsasında bilinəcək. Amma hazırkı ehtimal balların qalxacağı yönündədir. Əgər bir abituriyent bu il topladığı yekun balını keçənilki ballara görə müqayisə edərək ixtisas seçimi edərsə, ciddi problemlərlə qarşılaşa bilər. Bu da abituriyentin illərlə çəkdiyi zəhmətin hədər olmasına gətirib çıxarar”.

Mütəxəssis abituriyentlərə imtahanın ikinci mərhələsinə ciddi hazırlaşmağı məsləhət görüb: “Çünki imtahanın ikinci mərhələsinin nəticəsi işin yekununu ortaya qoyacaq. Əgər bir abituriyent imtahanın ikinci mərhələsində 50 baldan az bal toplayarsa, buraxılış imtahanında topladığı baldan asılı olmayaraq ixtisas seçimi müsabiqəsinə buraxılmayacaq. 50-99 bal aralığında bal toplayarsa, bəzi ixtisaslar istisna bütün ixtisaslara müraciət edə bilməyəcək. Ona görə də abituriyentlər çalışmalıdır ki, imtahanın ikinci mərhələsində 100 baldan yuxarı bal toplasın və qrupuna uyğun bütün ixtisaslara müraciət edə bilsin. Nəzərə alsaq ki, Dövlət İmtahan Mərkəzi imtahanın ikinci mərhələsini iki ayrı cəhd olaraq həyata keçirir və abituriyentlərə imtahanın ikinci mərhələsi olaraq hər cəhddə fərqli ixtisas qrupu üzrə iştirak etməsinə icazə verir. Məsələn, 4-cü qrup abituriyent imtahanın ikinci mərhələsi üzrə birinci cəhddə müvəffəq olmadıqda ikinci cəhddə qrupunu dəyişərək 1-ci qruplarla mübarizəyə qoşula bilər. Bu həmçinin digər qruplara da şamil edilir. Bütün bunları nəzərə alaraq abituriyentlərin hər iki cəhddə iştirak edərək bu şanslardan maksimum dərəcədə istifadə etməsi və vəziyyətə görə müvafiq yol seçməsi tövsiyə olunur.

Ehtimal olunur ki, dövlətimiz hər il olduğu kimi bu il də həm plan yerlərini, həm də dövlət sifarişli yerlərin sayını artıracaq. Türkiyə-Azərbaycan Universitetinin təsis edilməsi və bu il yalnız dövlət sifarişli əsaslarla tələbə qəbul edəcək Qarabağ Universiteti də abituriyentlər üçün gözəl bir fürsət olacaq. Plan yerlərinin çoxluğu və açılan yeni universitetlər bu il daha çox abituriyentin tələbə adını qazanmasında xüsusi rol oynayacaq”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20528
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12056
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5754
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5397
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5348
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3817
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3395
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3262
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3092
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2838
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2791
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2677
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2387
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2297
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2032
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1961