İsrail Müdafiə Qüvvələri Livana zərbələr endirib.
“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.
Bir saat ərzində Livan ərazisindən Ərəb əl-Aramşe kəndi istiqamətində bir neçə mərmi atılıb. Bundan sonra İsrail ordusu Livan ərazisinə zərbələr endirib.
İsrail ordusu həmçinin Livanın cənubundakı Aita əş-Şab bölgəsindəki Hizbullah hərbi kompleksinə zərbələr endirib.
İsrail daha əvvəl Livandan ölkənin şimalını atəşə tutmasına cavab olaraq zərbələr endirib.