AZ

Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır

Ermənipərəst senator Bob Menendes ona qarşı rüşvətalma maddəsi ilə federal cinayət işinin açılmasına səbəb olan əməllərdə arvadı Nadin Arslanyanı ittiham etməyi planlaşdıra bilər.
 
Bu yaxınlarda açıqlanan məhkəmə sənədlərindən belə qənaət hasil olur.
 
Vəkilləri senatorun arvadı Nadin Arslanyanın ondan məlumatları gizlətdiyini, yaxud da hansısa qeyri-qanuni bir iş görülmədiyinə inandırdığını və bu səbəbdən də Menendesin qanundankənar niyyətlərinin olmadığını sübut etməyə çalışırlar.
 
Martın ortalarında Menendesin hüquqşünas komandası bu müdafiə strategiyasını gizlətməyə cəhd edib, çünki onun üzə çıxmasının andlılar məhkəməsinin heyətinə mənfi təsir göstərə biləcəyinə inanıb. Lakin Nyu-Yorkun NBC kanalının müxbiri, daha sonra isə “Politico” da daxil olmaqla media təşkilatlarının koalisiyası bu strategiyanın ictimaiyyətə çatdırılması üçün mübarizə aparıblar. Federal hakim Sidni Ştayn aprelin 15-də bunun ictimaiyyətə açıqlanmasına dair göstəriş verib.
 
50 səhifəlik hüquqi sənəddə iddia edilirdi ki, senator və onun həyat yoldaşının məhkəmə işləri ayrı-ayrılıqda araşdırılmalıdır. Vəkillər bildiriblər ki, qanunda həyat yoldaşlarından birinin digərinin əleyhinə ifadə verməyə məcbur edilməsinin qarşısını alan müddəa Menendesin müdafiəsini çətinləşdirəcək.
Nadin Arslanyanın “sağlamlıqla bağlı problemləri” olduğunu federal prokurorlar və hakim ciddi qəbul etdiklərindən prosesin təxirə salınması istəyini qəbul edərək, onun məhkəmə işini ayrıca icraata veriblər.
 
Mayın 6-da Manhettendə Menendesin daha iki müttəhim - Vael Hana və Fred Daybes ilə birlikdə hakim qarşısına çıxarılacaqları gözlənilir. Nadin Arslanyanın işi üzrə məhkəmə iclası isə bu yayın sonuna təyin edilib. /Oxu.az/
 
Mənbə: Politico
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20143
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12023
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5491
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5397
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5328
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3799
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3375
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3249
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3084
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2820
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2743
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2674
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2383
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2289
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2031
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1952