AZ

Myanmada 46 sərhəd polisi Banqladeşə sığınıb

Myanmada hərbi hökumətlə anti-xunta silahlı qruplaşması arasında baş verən toqquşmalardan qaçan 46 sərhəd polisi Banqladeşə sığınıb.“Dhaka Tribune” qəzetində dərc olunan xəbərə görə, Myanmanın cənubunda hərbi idarə ilə anti-xunta silahlı qruplaşması arasında toqquşmaların şiddətlənməsindən sonra daha 46 sərhəd polisi Banqladeşə qaçıb.Xəbərə görə, qarşıdurma səbəbilə Banqladeş tərəfinə keçən Myanma sərhəd polisinin sayı 260 nəfər olub.Qeyd edək ki, Banqladeş hakimiyyəti fevralın 15-də ölkəyə sığınan 300-ə yaxın polis, əsgər, gömrük işçisi və onların ailə üzvlərini Myanmadan geri qaytarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla