AZ

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək.

Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddət əvvəl yazılıb.

Layihənin rəhbəri Emre Konuk "Kudüs Fatihi Selahaddin Eyyubi" serialının ikinci mövsümünü çəkəcək.

Daha sonra "Halit Bin Velid" filminin çəkilişlərinə başlanılacaq. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
6
Mənbələr
Şərh ()
Bağla