AZ

“Xalq Bank” I rübün yekunlarını açıqladı

2024-cü ilin I rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan “Xalq Bank”ın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 12,5% artaraq 3 mlrd. manatı keçmiş, kredit portfelinin həcmi 2,3% artaraq 1 853,7 mln. manat təşkil edib. Qeyd olunan tarixə bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 226,8 mln. manat təşkil edib ki, bu da 2023-cü ilin I rüb göstəriciləri ilə müqayisədə 17,1%, yəni 325,3 mln. manat çoxdur.

2024-cü ilin I rübünün sonuna bankın xalis mənfəəti ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 47%, yəni 5,3 mln. manat artaraq 16,5 mln. manat, cəmi kapitalı 461,4 mln. manat təşkil edib.

Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə “Xalq Bank” Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlayıb.

“Xalq Bank”ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
6
Mənbələr
Şərh ()
Bağla