AZ

Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib

Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib.

Day.Az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Məlumata görə, 83 deputat qanun layihəsinin lehinə səs verib, müxalifət fraksiyasından olan deputatlar iclas zalını tərk ediblər.

Qanun xaricdən maliyyələşdirilən QHT və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb edir.

Qeyd edək ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qüvvəyə minməsi üçün Gürcüstan parlamentinin deputatları onu hələ iki oxunuşda da qəbul etməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
20
Mənbələr
Şərh ()
Bağla