AZ

Nəsimidə avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlandı

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladığı müəyyən olunub.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Dövlət qeydiyyat nişanları sahiblərinə qaytarılıb.Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri digər tədbirlərlə bir nəfərə aid kartdan 3000 manat oğurlayan paytaxt sakini Azər Əliyev və avtomobildən 1500 manat pul, bank kartı və sənədlər oğurlayan Kənan Həsənov da saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir.ZÜMRÜD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
29
Mənbələr
Şərh ()
Bağla