AZ

Budapeşt bir daha Brüsseli tənqid atəşinə tutub

Bakı. Trend:

Macarıstanın baş naziri Viktor Orban Aİ rəhbərliyini siyasişantajda ittiham edib və bildirib ki, o, bütün əsas layihələriiflasa uğratdığı üçün istefaya getməlidir.

Trend xəbər verir ki, Macarıstanın baş naziri AvropaKomissiyasının rəhbəri Ursula Fon der Lyayenin Budapeştin miqrasiyavə anti-gender siyasəti ucbatından Aİ fondlarından pul almayacağınıaçıq şəkildə bəyan etməsinə məhz belə cavab verib.

“Avropa İttifaqında liderlər yaşıl keçid, davamlılıq siyasəti,miqrasiya, sanksiyalar və hərbi siyasət kimi əsas layihələri özləriseçdilər və onların hamısı uğursuz oldu”, - o deyib.

Orbanın fikrincə, Aİ-nin hazırkı rəhbərliyi getməlidir, İttifaqayeni liderlər lazımdır.

Siyasətçi əlavə edib ki, Brüssel qanunun aliliyi və şərtlərmexanizmindən siyasi şantaj aləti kimi istifadə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla