AZ

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib

Bakı. Trend:

Aprelin 17-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayontəşkilatının 8 Noyabr prospekti 9A ünvanı üzrə ərazi partiyatəşkilatında növbəti görüş keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanınbugünkü uğurlarından geniş bəhs edərək bildirib ki, möhkəm təməlgələcəyə daha böyük inamla baxmağa əsas verir. Ümummilli LiderHeydər Əliyevin zəngin idarəçilik təcrübəsi Azərbaycanımüstəqilliyimizin bərpasının ilk illərinin xaosundan,anarxiyasından, özbaşınalıqlarından, bir sözlə, müstəqilliyiniitirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməktəhlükəsindən xilas etdi. 1993-cü ildən başlanan QurtuluşAzərbaycanı tarixi Zəfərə, ərazi bütövlüyünün və suverenliyinin tambərpa edilməsinə qovuşdurdu. 1993-2003-cü illərdə yaradılan möhkəmtəməl üzərində son 20 ildən artıq dövrdə Azərbaycanı zirvələrəaparan Prezident İlham Əliyev böyük qürur hissi ilə qeyd edir ki,Azərbaycan güclü dövlətdir, öz gücünə, imkanlarına arxalanır.

Vüqar Rəhimzadə vuğulayıb ki, Azərbaycan xalqı öz tarixinə sahibçıxan xalqdır, yenilməzliyi, məğrurluğu ilə daim dünyanındiqqətindədir. Tarixi Zəfərimiz, bir günlük antiterror tədbirlərinəticəsində suverenliyimizin tam bərpa edilməsi “dəmir yumruq” kimibirliyimizin nümayişi, xalqımızın yenilməzliyinin təqdimatı oldu.Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi iləhakimiyyətə qayıdışından sonra mühüm çağırışlarından biri bu olduki, müstəqilliyimizi, suverenliyimizi daim etmək üçün haradayaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından biramal-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidirlər. Bubirlik, həmrəylik şanlı Zəfərimizdə öz sözünü dedi. Son üç ildənartıq dövrün reallıqları sırasında bu qürurverici anı xüsusi qeydetmək istərdik ki, Qarabağın tacı Şuşa 30 ildən sonra dünyaazərbaycanlılarını bir araya gətirdi və bu məkandan dünyaya birlik,həmrəylik çağırışı edildi.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Ümummilli LiderHeydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin son 20ildən artıq dövrdə rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası daimmonolitliyi ilə nümunə olub. Partiyada birləşən 800 minə yaxınüzvün hər biri dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasirmüstəqil, qalib Azərbaycanın yaratdığı yeni reallıqların, dövrünçağırışlarına uyğun olaraq müəyyənləşdirilən yeni hədəflərin həyatakeçirilməsinə öz töhfələrini verməyə səy göstərirlər. Dünənin, bugünün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası nəinkiölkəmizin, bütövlükdə regionun aparıcı siyasi təşkilatıdır. Dövlətbaşçısı İlham Əliyevin qeyd etdiyi kimi, YAP bundan sonra daölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Vüqar Rəhimzadə yeni dövrün çağırışları əsasında keçirilən 7fevral prezident seçkilərində Yeni Azərbaycan PartiyasınınPrezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsini son20 ilin uğurlarına, bütün vədlərin həyata keçirilməsinə veriləndəyər, YAP-ın cəmiyyətdə artan nüfuzunun göstəricisi kimi qeydedib.

Sonra təşkilatı məsələyə baxılıb. Səadət İbrahimova YAP Xətairayon təşkilatının 8 Noyabr prospekti 9A ünvanı üzrə ərazi partiyatəşkilatın sədri, Günel Mircəfərova sədr müavini seçiliblər.

YAP
YAP
YAP
YAP
YAP
Seçilən
112
6
Mənbələr
Şərh ()
Bağla