AZ

Bu ölkənin vətəndaşlarının Gürcüstana girişi qadağan edildi

Martın sonundan Tacikistan vətəndaşlarına Gürcüstana giriş qadağan edilib.

Publika.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun (Radio Ozodi) Tacikistan xidməti məlumat yayıb.

Tacikistan vətəndaşlarının Gürcüstan ərazisinə buraxılmamasının səbəbi məlum deyil. İki ölkə arasında vizasız rejim mövcuddur. Həmçinin rəsmi mətbuatda Tacikistan vətəndaşlarının Gürcüstana giriş qaydalarının dəyişdirilməsi ilə bağlı heç bir məlumat verilməyib.

“Mən Gürcüstana sənədləri səfirliyə təqdim etmək üçün gəlmişəm. Bütün sənədlər paketini göstərdim, amma məni içəri buraxmadılar”, – videoda Tacikistan vətəndaşlarından biri deyir.

Videoda Gürcüstan sərhəd xidmətinin nümayəndəsi Tacikistan vətəndaşlarının sualına cavab olaraq qısaca deyib: “Şərh verilmir”.

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla