AZ

Xaçmazda elektrik enerjisinin verilişi məhdudlaşdırılıb

Xaçmazda elektrik enerjisinin verilişi məhdudlaşdırılıb.

Bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonu inzibati ərazisində yerləşən Xudat 110/35/10 kv-luq Yarımstansiyada 2-ci bölmənin təmirə çıxarılması ilə əlaqədar bu gün səhər saatlarından etibarən bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Qeyd edilib ki, sözügedən ərazilərə Xaçmaz inzibati rayonunun tərkibinə daxil olan Xudat şəhəri, Şollar, Susayqışlaq, Pərdiqıran, Köhnə Xudat, Çaxçaxlı kəndləri, 4, 5, 6-cı şöbə ərazisi, Konservzavod qəsəbəsi yeni yaşayış massivi daxildir:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
9
Mənbələr
Şərh ()
Bağla