AZ

"Beşiktaş" niderlandlı futbolçu ilə anlaşıb



Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

"Sabah" nəşri xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə "Fulhem"ində çıxış edən Kenni Tete ilə anlaşıb.

28 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanacaq. Niderlandlı oyunçu azad agent kimi "Beşiktaş"a keçəcək.

Qeyd edək ki, Kenni Tete 2020-ci ildən London klubunun formasını geyinir(REport).

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
5
Mənbələr
Şərh ()
Bağla