AZ

STP Şirkətlər Qrupunda 60 ton yük daşıma gücünə malik qoşqular hazırlanır

STP Şirkətlər Qrupunda 60 ton yük daşıma gücünə malik qoşqular hazırlanır.

“Qafqazinfo” xəbər verir ki, Qrupa daxil “STP Metal Structures” şirkətində tikinti, sənaye habelə kənd təsərrüfatı obyektlərinə müxtəlif təyinatlı yüklərin daşınması zamanı istifadə olunan qoşqu və yarımqoşqular hazırlanır. Bunlardan biri, ağır texnika və avadanlıqların daşınması üçün nəzərdə tutulan 3 oxlu “STP AYDY-60” markalı, 60 ton yükdaşıma qabiliyyətinə malik ağır yükdaşıyan yarımqoşqulardır.

Şirkət ümumilikdə il ərzində 100-ə yaxın bu tipli yarımqoşquların və onların dartıcılarının komplektləşdirilməsini təmin etmək gücünə malikdir. Sözügedən yarımqoşqunun öz çəkisi 15 ton, uzunluğu 15 metr, eni 3.5 metr, yükləmə hündürlüyü isə 1.3 metrdir.

Onu da qeyd edək ki, İkinci Qarabağ Müharibəsindən sonra Bakıda və Xankəndində təşkil olunan qələbə paradlarında hərbi texnikanın daşınması və nümayişi zamanı sözügedən yarımqoşqulardan istifadə olunub.

“STP Metal Structures” şirkətində təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşquları, yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzalar, səbətlər (STAQ – müxtəlif ölçülü 17, 22, 28) və kranlar da istehsal olunur.

Zavod istehsal ilə yanaşı istehsal etdiyi texnikalara texniki xidmət göstərərək təmir işlərini də həyata keçirir.

STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14567
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11511
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5264
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5204
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3626
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3170
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3167
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2949
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2683
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2364
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2241
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2159
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2052
Hidayət Heydərov dünya çempionu oldu
2016
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836