AZ

Naxçıvanda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Naxçıvan şəhərində baş verən avtoqəzada xəsarət alan qadın xəstəxanada ölüb.



NUHÇIXAN xəbər verir ki, 3 gün öncə yolu keçən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Babayeva Hədiyyəbanu Baba qızını avtomobil vurub.
Şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınan hadisədən sonra zərərçəkən Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
68 yaşlı qadın aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
8
Mənbələr
Şərh ()
Bağla