AZ

SON DƏQİQƏ! Kreml TƏSDİQLƏDİ: Sülhməramlılar Qarabağdan çıxır

Kreml Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Musavat.com bu barədə "Kommersant" qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov konfrans zamanı sülhməramlıların geri çəkilməsi ilə bağlı suala "Bəli, həqiqətən belədir" cavabını verib. 

Onun sözlərinə görə, artıq Rusiya sülhməramlılarının şəxsi heyət və hərbi texnikalarının Qarabağdan çıxarılmasına başlanıb.

Bundan əvvəl, 2023-cü ilin oktyabrında Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Qarabağda müvəqqəti müşahidə məntəqələrini bağladığı barədə məlumat yaymışdı.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
musavat.com

6Mənbələr