AZ

Azərbaycanda bu il dəmiryol xətlərinə 30-a yaxın müdaxilə olub

Bu il “Azərbaycan Dəmir Yollar” QSC-nin (ADY) dəmiryol xətlərinə 30-a yaxın kənar müdaxilə edilib, 10 daşatma hadisəsi qeydə alınıb.

ADY-dan Avtosfer.az-a verilən məlumata görə, təkcə son 2 gündə ADY qatarlarına 3 daşatma faktı qeydə alınıb.

    Məlumata görə, daşatma zamanı qatarlara ciddi ziyan dəyir, sərnişinlər, maşinist və bələdçilər təhlükə ilə üzləşir, sərnişinlərin və yüklərin vaxtında daşınmasında gecikmələr yaranır.

    “Bu əməlləri törədənlər cəzasız qalmır, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar”, - məlumatda qeyd olunur.

    Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    42
    2
    Mənbələr
    Şərh ()
    Bağla