AZ

“Həyat yoldaşımla TikTok-da tanış olmuşuq” - Video

"Dostlarımın təkidi ilə TikTok-a girdim. İnsanların təkidi ilə canlı yayıma çıxdım. Söhbət edirdik, mahnılar oxuyurdum. Normal ünsiyyətə ehtiyacı olan kütlənin varlığını gördüm. Tanımadığım kininsə oyuna qoşulma təklifini qəbul etmirdim. Gördüm real insandır, götürdüm. Oyun əsnasında gördüm mədəni danışır". 

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xəyalə Manaflı "Günaylı gün" proqramında deyib. Sənətçi həyat yoldaşı Nurlanla TikTok-da tanış olmasından danışıb: 

"Oyun oynamayanda insanlarla ünsiyyət qururduq. Gördüm ki, beynimdə tutduğum obraz, insan xasiyyəti onda var. Sonra getdik vatsap yazışmalarına. Əvvəl dost idik. Sonra ondan "mənimlə evlənərsən" təklifi gəldi". 

Qeyd edək ki, X.Manaflı bir neçə gün əvvəl ailə qurduğunu açıqlayıb. 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla