- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS-in (Quacquarelli Symonds) 2024-cü ilin aprel ayında açıqladığı reytinqdə öz mövqeyini əhəmiyyətli dərəcədə yüksəltmiş UNEC, dünya universitetləri ilə eyni qrupa daxil olmaqla yanaşı, digər universitetlərdən də öndə yer alıb.
Belə ki, reytinqdə 351-400 yerdə qərarlaşan UNEC "İqtisadiyyat və ekonometrika" fənni sahəsi üzrə Böyük Britaniyanın Aston Universiteti, Türkiyənin Sabançı Universiteti, Çinin Shanghai Universiteti, İsveçrənin Basel Universiteti, Qatar Universiteti, ABŞ-ın Aeva (İowa), Kentaki (Kentucky), Cənubi Karolina, Florida Dövlət, Georgia Dövlət, Syracuse universitetləri ilə eyni qrupa daxil olub.
Eləcə də, UNEC həmin reytinqdə ABŞ-ın Louisiana Dövlət, Kaliforniya Riverside, Vaşinqton Dövlət, Böyük Britaniyanın Leicester (401-450),Türkiyənin İstanbul (451-500), Hacettepe,ABŞ-ın Linkoln, Ukraynanın Taras Şevçenko Milli universitetlərindən(501-550) önə çıxıb.