AZ

Yeni Kaledoniya Konqresinin komitə sədri Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib

Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete kilsənin tarixi, burada katoliklərin ibadət etmələri üçün yaradılan şərait barədə qonaqlara məlumat verib.

Bildirilib ki, bu kilsənin yerləşdiyi ərazi Roma-katolik kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilib. Rəsmi açılışı 2008-ci ilin martında keçirilən kilsədə eyni vaxtda 250-300 nəfər ibadət edə bilir.

Yepiskop 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Ruhun həvarilərə nazil olmasını təsvir edən klassik vitrajın və Müqəddəs Rozariyanın dualarındakı sirlərdən bəhs edən keramik pannonun kilsəyə hədiyyə olunduğu barədə də Yeni Kaledoniya nümayəndə heyətinə məlumat verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
8
Mənbələr
Şərh ()
Bağla