AZ

Vergi ödəyicilərinin sayı 8 % artıb

Bu il aprelin 1-nə Azərbaycanda 1 milyon 537 min 952 vergi ödəyicisi uçotda olub.

“İki sahil” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-nə nisbətən 7,5 % çoxdur.

Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 7,4 % (ümumi artımın 86,5 %-i), hüquqi şəxslərin sayı isə 8 % (ümumi artımın 13,5 %-i) artıb.

Vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 % olub. Kommersiya qurumlarının sayı 179 026 vahid təşkil edib və illik müqayisədə 8,7 % artıb.

Bu ilin yanvar-mart aylarında ölkədə 2 825 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 2,544-ü (90,1 %) yerli investisiyalı, 281-i (9,9 %) xarici investisiyalı qurumlardır.

Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 2 198-i (77,8 %-i) elektron qaydada, 627-si (19,3 %-i) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onların 738-nin (ümumi qeydiyyatın 22,2 %-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

3 ay ərzində qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 86,8 % təşkil edib. Kommersiya qurumlarının 2 198-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 1 892-si "Asan İmza", 306-sı yeni üsul ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36 134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,5 % təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20385
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12040
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5669
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5397
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5334
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3806
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3390
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3256
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3092
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2834
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2780
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2677
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2387
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2296
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2032
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1958