AZ

“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay

Qırmızı Ürəklər Fondu, Niderland Krallığının Azərbaycandakı Səfirliyi, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyi və “VarYox” mədəniyyət və incəsənət platformasının birgə təşkilatçılığı ilə “Her Action in Art” adlı festival baş tutub. Festivalda Gürcüstan, Qazaxıstan və Qırğızıstandan olan tanınmış rəssamlarla yanaşı seçilmiş 13 azərbaycanlı qadın rəssamın əsərləri də sərgilənib. Sərgidə rəsm əsərləri, instalyasiyaların nümayişi ilə yanaşı müxtəlif mövzularda seminarlar da baş tutub. Sitarə İbrahimbəyli, Lesli Qrey və Olqa Seleznyovanın kuratorluğu ilə keçirilən seminarların məqsədi regionda qadınların incəsənətə cəlbi və motivasiya edilməsi olub. Festival çərçivəsində beynəlxalq fotoqraflar tərfindən iki fotoqrafiya seminarı keçirilib. Seminarlarda yerli qadın fotoqrafların portfolioları beynəlxalq mütəxəssislər tərəfindən dəyərləndirilib. Bu ilhamverici  festivalın yekunu olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində əl işlərini nümayiş etdiriblər. Əl işlərindən ibarət sərgi və uşaqların moda nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 1 ay davam edən “Her action in Art” festivalının məqsədi azərbaycanlı qadın rəssamların əsərlərini yeni tamaşaçılara təqdim etməklə onların peşəkar inkişafına dəstək olmaq idi. Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
18531
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11897
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5374
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5288
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
4397
Rəisi öldü, Pakistanda matəm elan edildi
3746
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3303
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3230
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3033
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2790
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2669
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2623
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2377
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2276
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2026
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1927