AZ

Azərbaycanda vəzifəli şəxs ciddi nöqsanlara görə işdən çıxarıldı

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "TNS" saytı məlumat yayıb.

Bildirilib ki, 2010-cu ildən bu vəzifədə çalışan Mənşur Gülməmmədlinin işdən azad olunmasının səbəbi yol verdiyi ciddi nöqsanlardır.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyinə verilib.

Hazırda hava limanının direktorunun səlahiyyətlərini Hikmət Əhmədov icra edir. H. Əhmədov əvvəllər hava limanı direktorunun müavini vəzifəsində çalışıb. Bu təyinatadək isə “Naxçıvan Muxtar Respublikası Radio - Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.

Seçilən
25
2
Mənbələr
Şərh ()
Bağla