AZ

"Bu il Azərbaycanda işsizlik səviyyəsi 5%-dən aşağı olacaq"

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2024-cü il üzrə Azərbaycanda işsizlik səviyyəsinin 5%-dən aşağı olacağını gözləyir.

Valyuta.az xəbər verir ki, S&P 2024-cü il üzrə Azərbaycanda işsizlik səviyyəsini 4,7% proqnozlaşdırıb. Bu isə beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda işsizliklə bağlı proqnozlarından aşağıdır. Adətən, Azərbaycanda işsizliklə bağlı proqnozlar 5-6% civarında müəyyən edilir.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu yenicə açıqladığı hesabatında 2024-2025-ci illər üzrə Azərbaycanda işsizlik səviyyəsini 5,5% proqnozlaşdırıb.

©  APA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla