AZ

DGK sədri Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək

DGK

Bakı, 17 aprel, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov aprelin 22-də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında Bərdə, Yevlax və Tərtər rayonlarından olan vətəndaşlarla görüşəcək.

DGK-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Bərdə, Yevlax və Tərtər rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar 195 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən qəbula yazıla bilərlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla