AZ

Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar

Xəbər verdiyimiz kimi, bu gün tanınmış televiziya aparıcısı Aytən Səfərova ağır yol qəzası keçirib.

8 Noyabr prospektində aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb və ağır xəsarətlər alıb.

Publika.az xəbər verir ki, Yenisabah.az hadisənin detallarını araşdırıb.

Aparıcının həmkarları bildirib ki, hazırda o, xəstəxananın travmatologiya şöbəsindədir və tibbi yardım göstərilir.

Onlar teleaparıcının qəzadan sonra huşunun özündə olduğunu, hətta yaxın tanışlarına “Whatsapp” vasitəsilə səs yolladığını, işə gedə bilməyəcəyini xəbər verdiyini deyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla