AZ

Sözdən başlayan azadlıq!

Dövlət bütün şəraiti yaradıb...

Tarixin müxtəlif dövrlərində insanlar doğru, ədalətli və cəsarətli sözə ciddi ehtiyac duyublar. Uzun illər, əsrlər boyu sözü açıq və sərbəst formada söyləmə çətin, qorxulu, bəzən isə qeyri-mümkün olub. Haqq və ədalət, xoş güzəran naminə yorulmadan çarpışan insanlar azad sözü-həqiqət saydıqları sözü qorxusuz, azad şəkildə deyə bilmək uğrunda da mübarizə aparıblar. Tarixin müəyyən mərhələlərində insanlar buna nail olsalar da, bir çox hallarda dilləri ucbatından bəlaya düşüb, söylədikləri sözə və fikrə görə təqib edilib, müxtəlif formada cəzalandırılıb, bəzən isə zindanlara atılıblar. Lakin sivilizasiya inkişaf etdikcə, cəmiyyətin və dövlətin idarə olunması təkmilləşdikcə artıq azad söz daşıyıcısı sayılan mətbuatın sərbəst və maneəsiz fəaliyyətinə də imkan yaradılmasına nail olunub. Buna qədər isə mətbuat qadağa və repressiyalardan keçmiş senzura nəzarətinə dözməli olmuşdu.

Dövlətimizin siyasi həyatında sözün azadlığı uğrunda mücadilələr müxtəlif tarixi mərhələlərdən adlayıb keçib. Mətbuat, onun əsas silahı olan söz də, azad düşüncə də həqiqi azadlığa yalnız 20-ci əsrin sonlarında qovuşdu. Azad ölkədə azad sözün qüdrətini və dəyərini bilən söz sahibi xalqın sözünü eşidib, tələbini qəbul edib hakimiyyətə gəldi. 1993-cü ildə hakimiyyətə yenicə qayıtmış Heydər Əliyev gənc demokratik ölkədə mətbuatı azad bir müstəviyə çıxarmağı əsas vəzifələrdən biri kimi irəli sürmüşdü. Zaman isə göstərdi ki, söz və mətbuat azadlığının bərqərar olması davamlı prosesdir. Prezident İlham Əliyev Heydər Əliyevdən sonra bu təkmilləşdirmə prosesinin estafetini uğurla davam etdirir.

Dünya standartlarına cavab verən media formalaşıb...

Mövzu barədə “Yeni Azərbaycan”a danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda fikir, söz və məlumat azadlığı ən yüksək səviyyədə təmin olunur. Onun sözlərinə görə, bu gün ölkəmizdə hər kəsin fikrini sərbəst ifadə etmək hüququ var: “Azərbaycan mətbuatında istənilən mövzunu işıqlandırmaq mümkündür. Söz azadlığı baxımından Azərbaycan dünyada və bölgədə qabaqcıl yerləri tutur. Hazırda ölkəmizdəki televiziyalarda, qəzetlərdə və radiolarda bu azadlıq özünü açıq-aydın şəkildə göstərir. Hər bir məsələ dövlət səviyyəsində tənzimlənir və dövlət bu prosesdə öz fəaliyyətini ən uyğun formada həyata keçirir. İnsanlar fikirlərini sərbəst bildirir, toplaşır və azad şəkildə fikir mübadiləsi aparırlar. Bu da plüralizm və söz azadlığı baxımından Azərbaycanın ön sıralardan olduğunu bir daha sübut edir. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox səhələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Sevindirici haldır ki, bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil media formalaşmaqdadır. 1998-ci ildə Heydər Əliyev tərəfindən mətbuat üzərində dövlət tənzimlənməsini nəzərdə tutan bütün mexanizmlər, o cümlədən senzura aradan qalxdı. Azərbaycan mətbuatının dövlət nəşriyyatına olan borcları əvvəlcə üç il müddətində donduruldu, sonra isə ləğv olundu. Hazırda bu məqsədyönlü işlər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün qəzet, jurnal, informasiya agentliyinin təsis edilməsi üçün münbit şərait var”.

Qanunvericilik kifayət qədər mükəmməldir...

Millət vəkili qeyd edib ki, medianın fəaliyyət göstərməsi üçün Azərbaycanda heç bir əngəl yoxdur: “Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Birinci, dövlətin görməli olduğu işlər və real durum, ikinci isə əlbəttə ki, medianın özünün üzərinə düşən vəzifələr. Dövlətə gəlincə, burada qanunvericilik kifayət qədər mükəmməldir. Müəyyən qüsurlar, yaxud da tənqidlər olsa da, dövlət medianın və jurnalistlərin azadlığının yüksək səviyyədə təmin edilməsi üçün bütün şəraiti yaradıb. Azərbaycanda heç kəs iddia edə bilməz ki, biz özümüzü azad şəkildə ifadə etməkdə çətiniklərlə üzləşirik”.

Y.SAHİB

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16660
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11696
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5327
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5241
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3685
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3227
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3199
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2995
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2731
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2663
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2605
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2469
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2369
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2255
Hidayət Heydərov dünya çempionu oldu
2021
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1881