AZ

Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb. SİA xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (NAYORA) təşkilatçılğı ilə keçən görüşdə ABŞ-nin müxtəlif ştat və şəhərlərində yaşayan gənc həmvətənlərimiz iştirak ediblər.

Görüşdə NAYORA-nın sədri Rafael Hacıbəyli gəncləri salamlayıb və ABŞ-də ölkəmizi təmsil edən azərbaycanlı gəncləri bir yerə toplamaqdan məmnunluğunu dilə gətirib. R.Hacıbəyli belə görüşlərin bundan sonra da mütəmadi olaraq keçiriləcəyini deyib.

Daha sonra çıxış edən nazir Fərid Qayıbov bildirib ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir və yalnız Azərbaycanda deyil, dünyanın dörd bir yanında olan azərbaycanlı gənclərə olan diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Nazir ABŞ-də Azərbaycanı yüksək səviyyədə təmsil edən və üçrəngli bayrağını beynəlxaq arenalarda dalğalandıran gənclərin uğurlarını yaxından izlədiyini deyib.

O, diqqətə çatdırıb ki, ABŞ-də ölkəmizi təmsil edən gənc idmançılara dəstəyini əsirgəməyəcək və yaxın gələcəkdə həmin gənclərlə bağlı layihələr həyata keçiriləcək. F.Qayıbov gənclərin problemləri ilə də yaxından tanış olub, onlara öz tövsüyələrini verib.

ABŞ-də fəaliyyət göstərən idmançılar adından çıxış edən Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, ABŞ-də yaşayan azərbaycanlı idmançı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı uzaq Amerikada daima Azərbaycan hökümətinin diqqət və qayğısını hiss etdiklərini deyib. Ötən il qurulan Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının ABŞ-nin müxtəlif ştat və şəhərlərində müxtəlif idman növlərində aktiv fəaliyyət göstərən 50-dən çox üzvü olduğunu deyən gənc idmançı onların uğurları barəsində F.Qayıbovu məlumatlandırıb.

E.Xanoğlanlı təşkilatın üzvlərinin getdikcə artığını bildirib. O, idamançılarımızın ABŞ-də qarşılaşdıqları müxtəlif problemlər barədə də nazirə məlumat verib. Bildirib ki, idmançılarımızın birlikdə fəaliyyəti və beynəlxaq yarışlara səmərəli hazırlığı üçün idman zallarına və texniki ləvazimatlara ehtiyac var. F.Qayıbov məsələni diqqətdə saxlayacağını və yaxın gələcəkdə bununla bağlı layihələrin reallaşacağını dilə gətirib.

İki saatdan çox davam edən görüşdə nazir və gənclər arasında müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20813
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12076
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5946
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5403
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5350
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3823
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3402
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3264
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3097
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2850
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2809
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2677
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2389
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2300
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2032
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1966