AZ

Dünyanın diqqəti İsrail-İran gərginliyinə yönəlib

İsrail-İran arasındakı gərginlik dünyanın gündəmində… İranın İsrailə doğru hərəkətindən sonra Təl-Əviv cavab verməyə hazırlaşır. Beynəlxalq müşahidəçilər mümkün hücumda nüvə obyektlərinin vurulması ehtimalından narahatdırlar.
Elchi.az xəbər verir ki, Təl-Əviv-Tehran gərginliyinə görə dünya həyəcan vəziyyətindədir.
İsrail aprelin 1-də İranın Suriyadakı səfirliyini vurub, Tehran isə ötən həftə sonu cavab verib.
İndi Netanyahu administrasiyası cavab verməyə hazırlaşır. İsrail Hərbi Hava Qüvvələri hazırlıqlarını tamamladığını açıqlayıb. İran mümkün hücuma eyni şəkildə cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib.
ABŞ Müdafiə Nazirliyi Pentaqon da İsrailə “tam dəstək” mesajını təkrarlayıb. İrana cavab qərarının İsrailə aid olduğu bildirilib. Ağ Ev həmçinin İranın raket imkanlarını azaltmaq üçün Yaxın Şərqdəki sistemlərin gücləndiriləcəyini vurğulayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi də İrandakı nüvə obyektlərinə diqqət çəkib. Qeyd edilib ki, bu ərazilərə mümkün hücumun qarşısı alınmalıdır.
Netanyahu administrasiyası İrana beynəlxalq təzyiqləri artırmağa çalışır. İsrailin xarici işlər naziri İsrael Katz 32 ölkəyə məktub göndərdiyini və bu ölkələrin xarici işlər nazirləri ilə görüşdüyünü açıqlayıb.
O, İranın raket proqramına qarşı sanksiyalar tətbiq etmələrini və İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı elan etmələrini istədiyini bəyan edib.
Aİ-nin Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Aİ-yə üzv bəzi dövlətlər İrana qarşı embarqoları genişləndirməyi düşünürlər.
ABŞ Maliyyə Nazirliyi də İrana qarşı yeni sanksiyaların olacağını açıqlayıb. Gərginlik həmçinin İsrail və İran üzərindən hava hərəkətini dayandırıb.
Şirkətlər bir-birinin ardınca uçuşları təxirə salıb. Nəhayət, Britaniyanın Easyjet aviaşirkəti Təl-Əvivə uçuşları oktyabrın 27-dək dayandırıb.Nuranə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
18
Mənbələr
Şərh ()
Bağla