AZ

ABŞ yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

“Tehrana qarşı sanksiyalara gəlincə, mən gözləyirəm ki, yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”.
Ednews xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Vaşinqtonda mətbuat konfransında bildirib.
O, həmçinin bildirib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasının dondurulmuş aktivlərini faktiki olaraq müsadirə etmək, habelə onlardan Ukraynaya kredit üçün girov kimi istifadə etmək imkanlarını nəzərdən keçirir. Eyni zamanda, nazir qeyd edib ki, ABŞ Rusiyaya suveren aktivlərdən istifadəyə reaksiya verməyə icazə verir və bununla bağlı riskləri qiymətləndirir.

Seçilən
178
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq